"Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri "Şuşa" başlığı altında keçirilib
Aprelin
28-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı
ilə Qazax Rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin
9-cu sinif şagirdləri arasında "Şuşa" başlığı altında "Xarici
dillərdə danışıq" klubunun növbəti tədbiri keçirilib. Qazax
Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva çıxış edərək tədbir iştirakçılarını
salamlayıb, Respublika Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 5-də
imzaladığı Sərəncama əsasən bu ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar
fransız dilində mədəniyyət paytaxtımız Şuşa şəhəri haqqında məlumat verib. 9-cu
siniflərin fəal şagirdləri Tamara Veyisova, Rəfiqə Salmanova, Ayxan Omarov, Səma
Veyisova, Fərman Quliyev fransız dilində, eyni zamanda Türkan Aşırova, Valya Hüseynova,
Günel Əliyeva, Sürəyya Mustafayeva, Fərhad Eyyubov, Zərifə Vəliyeva və Yusif Məmmədquliyev
ingilis dilində Şuşanın qədim tarixi, mədəniyyəti, səfalı təbiəti haqqında
danışıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş