Əsas Səhifə > Gənclər > "Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri "Şuşa" başlığı altında keçirilib

"Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri "Şuşa" başlığı altında keçirilib


28-04-2022, 23:46


Aprelin 28-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax Rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri arasında "Şuşa" başlığı altında "Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri keçirilib.

Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Respublika Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 5-də imzaladığı Sərəncama əsasən bu ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar fransız dilində mədəniyyət paytaxtımız Şuşa şəhəri haqqında məlumat verib.

9-cu siniflərin fəal şagirdləri Tamara Veyisova, Rəfiqə Salmanova, Ayxan Omarov, Səma Veyisova, Fərman Quliyev fransız dilində, eyni zamanda Türkan Aşırova, Valya Hüseynova, Günel Əliyeva, Sürəyya Mustafayeva, Fərhad Eyyubov, Zərifə Vəliyeva və Yusif Məmmədquliyev ingilis dilində Şuşanın qədim tarixi, mədəniyyəti, səfalı təbiəti haqqında danışıblar.











 

GOYEZEN.AZ


Geri qayıt