"Çiçəklənən Şuşa" başlığı altında dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 5-də imzaladığı Sərəncama əsasən bu ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlər keçirilir.
Aprelin 19-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində "Çiçəklənən Şuşa" başlığı altında dəyirmi masa keçirilib.
Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq gəncləri salamlayıb, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin gerçəkləşməsindən, Şuşanın sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmasından danışıb. Qarabağımızı, Şuşamızı bizlərə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
Daha sonra müəssisənin fəal könüllülərindən Ramil Abdullayev və Fuad Ələsgərov Şuşanın tarixi, mədəniyyəti haqqında geniş çıxış ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş