• Təqvim

  • Unutma

  • Maraq



"Gənclərin peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda məktəblilərlə görüş keçirilib


Aprelin 20-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Gənclərin peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin gəncləri ilə görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq gəncləri salamlayıb, Qazax Gənclər Evinin fəaliyyəti haqqında gənclərə geniş məlumat verib.

Daha sonra Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Qazax Gənclər Evinin könüllüsü Həbibə Məmmədli mövzu ətrafında gənclərlə danışıb, düzgün peşə seçiminin gənclərimizin sabahının təminatçısı olduğunu vurğulayıblar. Şagirdlərə arzuladıqları yox, bacardıqları işlə məşğul olmaq, seçdikləri peşəyə qəlbən bağlı olmaq, onun sirlərini öyrənmək, bütün incəliklərinə yiyələnmək haqqında tövsiyələr veriblər.

Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş