Qazaxda rayonun Çaylı və Daş Salahlı kəndlərində yaşayan gənclərlə görüş keçirilib
Qazax Rayon Gənclər və İdman İdarəsi və "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə aprelin 12-də rayonun Çaylı, 13-də isə Daş Salahlı kəndlərində yaşayan gənclərlə görüş keçirilib.
Görüşlərdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək dövlət gənclər siyasətindən, ölkə rəhbərinin gənclərin inkişafı üçün yaratdığı imkanlardan, eləcə də rayon rəhbəri Rəcəb Babaşovun gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, onları rayonumuzun ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb.
Daha sonra "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Eynur Məmmərzəyev çıxış edərək Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar və dərnəklər haqqında geniş məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş