• Təqvim

  • Unutma

  • Maraq



Daş Salahlı kəndində 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib


"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür.

Bu gün növbəti maarifləndirici görüş rayonun ən böyük yaşayış məntəqəsi olan Daş Salahlı kəndində yaşayan və 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilib.

Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, 107 saylı Qazax Dairə Seçki Komissiyasının məsləhətçisi Anar Vəliyev, fəal gənc Şəhadət Abbasov çıxış edərək gənclərlə maarifləndirici söhbətlər aparıblar.

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə 30 nəfər gənc iştirak edib.


GOYEZEN.AZ



Facebook-da paylaş