Qazax Dövlət Sosial-İqtisadi Kollecində 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə görüş keçirilib
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın Tədbirlər
Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə
iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə
işinin təşkili) icrasını təmin etmək məqsədilə 23 dekabr 2019-cu il tarixdə Azərbaycan
Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclər
arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının
təmin edilməsi üçün məqsədyönlü işlər görülür.
Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində 23 dekabrda ölkəmizdə keçiriləcək
bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə görüş keçirilib.
Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev,
107 saylı Qazax Dairə Seçki Komissiyasının sədri Xəyyam Salehov, "Gəncliyin Təşəbbüsü”
Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov,
kollecin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, fəal
gənc Şəhadət Abbasov çıxış ediblər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə
50 nəfər gənc iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş