• Təqvim

  • Maraq



Qazaxda gənclərlə bağlı fəaliyyət göstərən müəssisələrə ekskursiya təşkil olunub


Aprelin 6-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun ucqar kəndlərində yaşayan yeniyetmə və gənclərin "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinə və Qazax Olimpiya İdman Kompleksinə ekskursiyası  təşkil olunub.

Ekskursiyada rayonun Abbasbəyli, Alpout, Birinci Şıxlı, Fərəhli, Yuxarı Salahlı və Cəfərli kəndlərindən olan 16 nəfər gənc iştirak edib.


Ekskursiyadan öncə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Respublikamızda, eləcə də Qazax rayonunda gənclərin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, kəndlərdə yaşayan gənclərin, dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə məlumatlandırılması, onların inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi, yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması diqqət mərkəzindədir. Rayonda fəaliyyət göstərən "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Olimpiya İdman Kompleksi gənclərin inkişafına xidmət edir.

 

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək nümayəndəlik tərəfindən keçirilən tədbirlər, icra olunmuş layihələr və görülən işlər haqqında ətraflı məlumat verib, gəncləri qarşılıqlı əməkdaşlığa dəvət edib.

 

 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov Gənclər evində fəaliyyət göstərən kurslar, klublar və dərnəklər haqqında məlumat verib və  gənclər fəaliyyət istiqamətləri ilə əyani tanış olublar.

Daha sonra gənclər Qazax Olimpiya İdman Kompleksində olublar. Kompleksin məsul işçisi, qol güləşi idman növü üzrə Əməkdar məşqçi Azər Əliyev kompleksdə fəaliyyət göstərən idman bölmələri haqqında məlumat verərək, onları kompleksdə göstərilən xidmətlərlə tanış edib.








 

GOYEZEN.AZ



Facebook-da paylaş