Qazaxda “Azərbaycan gəncliyi dünən, bu gün, sabah” başlığı altında vebinar keçirilib
İyulun 26-da Qazax Rayon
Gənclər və İdman İdarəsi tərəfindən 26 İyul Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş "Azərbaycan gəncliyi
dünən, bu gün, sabah” başlığı altında vebinar keçirilib.
Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və
İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, əlamətdar
gün münasibətilə səmimi təbriklərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Gəncliyə göstərilən diqqət və qayğının nəticəsidir ki,
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə
seçilirlər. Gənclər siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə
çevrilmişdir. İstedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının
qorunması və fiziki iinkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər
təşkilatlarına dövlət yardımı və s. gənclərə dövlət qayğısının ifadəsidir.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək
inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə həyata keçirilən
tədbirlər gənclərin cəmiyyətdə rolunu artırmışdır. Gənclərə olan yüksək dövlət
qayğısının təməlində isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər
siyasəti, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsi dayanır. V.Nəbiyev
bildirib ki, 27 il bundan əvvəl
Ümummilli Lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildə Azərbaycan gənclərinin ilk
ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan
Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu
ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət
proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında” Qanunun
qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur. Prezident
İlham Əliyevin 2007-ci ili "Gənclər ili” elan etməsi gənclərin ölkə həyatında
fəallığını xeyli artırıb. Dövlət başçısının ardıcıl səyləri nəticəsində bu gün Azərbaycan
dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya
komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev
sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında
uğurla çıxış etməsi buna əyani sübutdur. V.Nəbiyev dövlətin gənclərə olan qayğısını əldə rəhbər tutan rayon
rəhbərliyi tərəfindən də Qazax gənclərinə hər cür dəstək göstərildiyini və
həmin qayğını hər an hiss etdiklərini diqqətə çatdırıb. Sonra Qazax Rayon Gənclər və İdman
İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Olimpiya İdman Kompleksinin baş
məşqçisi, "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər
Əliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə
şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP
Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Bakı Dövlət
Universiteti Qazax filialının tələbəsi Fədail Paşa mövzu ətrafında geniş çıxış
ediblər. Gənclərə göstərilən dövlət qayğısından söz açan çıxışçılar buna görə
ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq
ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş