Əsas Səhifə > Gənclər > Qazaxda “Azərbaycan gəncliyi dünən, bu gün, sabah” başlığı altında vebinar keçirilib
Qazaxda “Azərbaycan gəncliyi dünən, bu gün, sabah” başlığı altında vebinar keçirilib26-07-2021, 18:11 |
İyulun 26-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 26 İyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş "Azərbaycan gəncliyi dünən, bu gün, sabah” başlığı altında vebinar keçirilib.
Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gəncliyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirlər. Gənclər siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilmişdir. İstedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki iinkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı və s. gənclərə dövlət qayğısının ifadəsidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər gənclərin cəmiyyətdə rolunu artırmışdır. Gənclərə olan yüksək dövlət qayğısının təməlində isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsi dayanır. V.Nəbiyev bildirib ki, 27 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur. Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili” elan etməsi gənclərin ölkə həyatında fəallığını xeyli artırıb. Dövlət başçısının ardıcıl səyləri nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur. V.Nəbiyev dövlətin gənclərə olan qayğısını əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən də Qazax gənclərinə hər cür dəstək göstərildiyini və həmin qayğını hər an hiss etdiklərini diqqətə çatdırıb. Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Olimpiya İdman Kompleksinin baş məşqçisi, "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi Fədail Paşa mövzu ətrafında geniş çıxış ediblər. Gənclərə göstərilən dövlət qayğısından söz açan çıxışçılar buna görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
GOYEZEN.AZ Geri qayıt |