• Təqvim

  • Maraq



Qazaxda “Gənclər arasında könüllülük fəaliyyətinin təbliği” mövzusunda vebinar keçirilib


Aprelin 20-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Gənclər arasında könüllülük fəaliyyətinin təbliği” mövzusunda vebinar keçirilib.

Ümumilikdə 52 nəfərin iştirak etdiyi vebinarda gənclər üçün könüllülük fəaliyyətinin yaratdığı üstünlüklərdən, bu sahədə görülmüş işlərdən söz açılıb.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi” 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Könüllülük fəaliyyəti gənclər qarşısında böyük imkanlar açır, gələcək fəaliyyətləri üçün əldə etdikləri təcrübələr könüllülərin quracaqları kariyeranın təməlini qoyur.

Daha sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Şəhadət Abbasov və Coşqun Süleymanlı mövzu ətrafında geniş çıxış ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş