• Təqvim

  • Unutma

  • Maraq



“Könüllülük fəaliyyətinin təbliği və təşviqi” mövzusunda vebinar keçirilib


Dekabrın 16-da "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən "Könüllülük fəaliyyətinin təbliği və təşviqi” mövzusunda vebinar keçirilib.

Vebinarı Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov açaraq könüllü olmağın gənclərin inkişafındakı rolundan, Vətən müharibəsinin iştirakçısı olan könüllülərin şücaətindən danışıb.

Qazax Gənclər Evinin metodisti Şəbnəm Kazımova çıxış edərək könüllü fəaliyyət, könüllü fəaliyyətin növləri, könüllülərin hüquq və vəzifələri, Qazax Gənclər Evinə könüllü qəbulu haqqında məlumat verib, ünvanlanan sualları ətraflı şəkildə cavablandırıb.

Sonda Qazax Gənclər Evinin dərnək rəhbəri Svetlana Əliyeva və fəal könüllü Nigar Alməmmədli də mövzu ətrafında çıxış ediblər.



GOYEZEN.AZ



Facebook-da paylaş