“Hüquqlarımızı bilək” mövzusunda vebinar keçirilib
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş "Hüquqlarımızı bilək” mövzusunda vebinar keçirilib.
Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov vebinarı giriş sözü ilə açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. Azərbaycan Konstitusiyasının maddələrinin böyük hissəsinin insan hüquqlarına həsr olunduğunu bildirib. Gənclərlə yanaşı hər bir vətəndaşın öz hüquqlarını bilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, vəkil Səbuhi Axundov və vəkil Rövşən Əhmədov mövzu ətrafında geniş çıxış edərək gənclərin hüquqi cəhətdən maariflənməsinin zəruriliyindən danışıblar.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar vəkillər tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Vebinarda 21 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş