• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycanın yeni tarixinin yaradıcısı” mövzusunda vebinar keçirilib


Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycanın yeni tarixinin yaradıcısı” mövzusunda vebinar keçirilib. 

100 nəfərin qatıldığı vebinarda əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək vebinar iştirakçılarını salamlayıb, təşkil olunmuş tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev 27 sentyabrdan başlayan Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində, haqq savaşında Azərbaycanın şanlı Qələbə qazanmasına görə ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və onun rəhbərliyi altında böyük rəşadət göstərən Azərbaycan Ordusuna minnətdar olduğumuzu vurğulayıb. 44 gün davam edən haqq savaşında tarix yazan igid Vətən oğulları ilə hər birimizin fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, "Qazax Gəncər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin müfəttişi Elmar Məmmədov mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda hərb tariximizə yazılan Vətənmüharibəsini şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin, Prezidentimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandığımız bir daha gənclərin diqqətinə çatdırılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş