• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda vətənpərvərlik mövzusunda növbəti tədbir keçirilib


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə növbəti tədbir keçirilib.

Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq ölkə və rayon rəhbərliyinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışıb.

Şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvü, Qarabağ qazisi Namiq Alıyev, Aprel döyüşçüsü Əfqan Daşdəmirov çıxış edərək gənclərimizin milli ruhda tərbiyə olunması istiqamətində aparılan işlərdən söz açıblar. Bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək hər bir gənci vətənpərvər ruhda böyüyərək ölkə Prezidentinin ətrafında sıx birləşməyə çağırıb. Azərbaycan gəncliyinin, xüsusilə də qazaxlı gənclərin həmişə həmrəylik nümayiş etdirdiklərini, Vətən, millət, xalq yolunda hər zaman bir yumruq kimi birləşməyə hazır olduqlarını bildirib. Bugünükü tədbirin əhəmiyyətindən danışan V.Nəbiyev Gənclər və İdman İdarəsi olaraq vətənpərvərlik mövzusunda olan bu cür tədbirlərin bundan sonra da sıx-sıx keçiriləcəyini qeyd edib.

Ümumilikdə 230 nəfər gəncin iştirak etdiyi tədbirdə rayonumuzun Milli Qəhrəmanlarına həsr olunmuş "İgidlərin beşiyi elim mənim” adlı film də nümayiş olunub.








GOYEZEN.AZ



Facebook-da paylaş