• Təqvim

  • Maraq



"Qazax Gənclər evi" sosial xidmət müəssisəsində gənclərlə görüş keçirilib


Aprelin 8-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayonunun kəndlərində yaşayan gənclərlə müəssisədə görüş keçirilib.

Rayonun Qarapapaq, Bala Çaylı, Daş Salahlı, Qazaxbəyli və Fərəhli kəndlərindən olan 20 nəfər gənc iştirak edib.

Görüşdə Qazax Gənclər Evinin əməkdaşları tərəfindən gənclərə müəssisədə fəaliyyət göstərən kurslar, dərnəklər, klublar, icra olunan lahiyələr haqqında ümumi məlumat verilib.

Kəndlərdə yaşayan gənclərlə bu cür görüşlərin keçirilməsində əsas məqsəd müəssisədə yaradılmış şərait barədə onları məlumatlandırmaq, maraq dairələrinə uyğun olaraq klublardan yararlanmalarını, asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.


 

GOYEZEN.AZ



Facebook-da paylaş