Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində mühazirələrin oxunması davam edir
Qazax Rayon Heydər
Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə
çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin
oxunması davam edir. Respublika
Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən
2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin
banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti
mühazirə oxunub. Yanvarın 17-də Qazax
şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin
iştirakı ilə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin
ideyaları əsasında inkişaf edir” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin
dövlətimiz xalqımız naminə misilsiz xidmətlərindən söhbət
açılıb.
Qazax Rayon Heydər
Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə 1752- ci ildə Pənahəli
xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərinin bu il 270 illiyinin böyük təntənə
ilə qeyd ediləcəyindən danışıb. Bildirib ki, Şuşa şəhərinin 270 illik yubiley tədbirləri
Şuşada və işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq quruculuq işlərinin
daha böyük vüsət almasına səbəb olacaq. Həyata keçirilən quruculuq işləri isə
Qarabağda yeni həyatın, böyük qayıdışın başlanması deməkdir. Mərkəzin direktoruŞuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dahi
şəxsiyyət Heydər Əliyevin Şuşanın, ümumilikdə Qarabağın inkişafı, tərəqqisi
uğrunda misilsiz xidmətləri, mənfur ermənilərlə apardığı mübarizələr, Azərbaycana
rəhbərliyinin birinci dövründə dəfələrlə Qarabağa, Şuşaya etdiyi səfərlər, Şuşa
şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi kimi bərpa edilməsinin zəruriliyi
istiqamətində gördüyü əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Bu gün
şahidi olduğumuz tarixi proseslərin əsasının hələ o dönəmlərdə qoyulmasından,
düşmən işğalından azad edildikdən sonra həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində
aparılan işlərdən, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən, 32 ildən
sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif Poeziya günlərindən, Vaqifin
bərpa edilən məqbərəsindən, Şuşa Rəsm Qalereyasından, Şuşa Xalça Muzeyindən,
yeni salınacaq otellərdən və s. bəhs edən geniş mühazirə oxuyub. Mərkəzin əməkdaşları
Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini özündə əks etdirən
kitablarla, şəkillərlə və digər əyani vasitələrlə Şuşa şəhəri, Ulu Öndər Heydər
Əliyevin və Onun siyasətini uğurla davam etdirən, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Şuşanı böyük bir tarixi memarlıq abidəsinə çevirmək
istiqamətində gördüyü əhəmiyyətli işlər haqqında gəncləri hərtərəfli məlumatlandırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş