• Təqvim

  • Unutma

  • Maraq



Qazaxın Cəfərli kəndində sakinlərlə keçirilən səyyar görüşdə qaldırılan məsələ artıq müsbət həllini tapıb


Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurları üçün örnəkdir. Bu, eyni zamanda ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

İyunun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxın sərhəd kəndi olan Cəfərlidə vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kənd sakini Mehman Məmmədovun kənd ərazisində yerləşən Şəhidlər bulağına gedən 1,3 km uzunluğunda yolun qum-çınqılla təmir olunması ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün M.Məmmədovun müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı rayon rəhbərliyi tərəfindən 64 maşın qum-çınqıl daşınaraq yola tökülüb və qreyderlə hamarlanıb.

Sakinlər, eləcə də vətəndaş Mehman Məmmədov onlara göstərilən qayğıya və müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.












 

GOYEZEN.AZ



Facebook-da paylaş