• Təqvim

  • Maraq



Yuxarı Salahlı kəndində səyyar görüşdə qaldırılan məsələ müsbət həllini tapıb


Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurları üçün örnəkdir. Eyni zamanda, bu, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Aprelin 21-də Yuxarı Salahlı kəndində vətəndaşlarla keçirilən səyyar görüşdə kənd sakini Bayramov Nazim Məmiş oğlu tərəfindən yararsız vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi ilə bağlı müaciətin bu gün öz müsbət həllini tapması vətəndaşlara olan növbəti qayğıdır.

 

Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və aidiyyəti şəxslərlə birlikdə Yuxarı Salahlı kəndində olub, qaldırılan məsələ ilə bağlı görülmüş işlərlə tanış olub.

Qazax Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadə vətəndaşın qeyd etdiyi yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə 9 ədəd yeni metal dayaq basdırıldığını və 400 metr uzunluğunda SİP kabel çəkildiyini bildirib.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Köhnə vəziyyəti



Yeni dayaqlar

 

GOYEZEN.AZ



Facebook-da paylaş