• Təqvim

  • Maraq



İcra başçısı şəhid atasının müraciətinə yerində baxıb


Bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuruna nümunədir. Eyni zamanda, gələcək fəaliyyətində yol xəritəsidir. Həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında isə vətəndaş məmnunluğu dayanır.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkün ailələrinə olan qayğısı da hər kəsə yaxşı məlumdur. Bu təbəqədən olan insanlar hər zaman diqqət mərkəzində saxlanılır.

 

Martın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə Çaylı kəndində olması, Birinci Qarabağ müharibəsi şəhidi gizir Elxan Civişovun atası Mehdi Civişovun müraciətinə yerində baxış keçirməsi, istəklərini dinləməsi şəhid ailələrinə olan növbəti qayğıdır. Rayon rəhbəri şəhid atasının qonşuları ilə aralarında olan yolun asfaltlanması ilə bağlı müraciətinə aidiyyəti üzrə baxılacağını bildirib.

Şəhidin qardaşı Elmar Civişov müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.



 

GOYEZEN.AZ



Facebook-da paylaş