İcra başçısı Ağköynək kənd sakinlərinin müraciətinə yerində baxıb
Cənab Prezident İlham
Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır.
Son dövrlər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən bütün işlərdə,
uğurla icra edilən layihələrdə vətəndaş məmnunluğunun təmin edilməsi əsas
götürülür. Ən əsası da dövlət başçısının rəhbər
vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla
təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların
ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla
yanaşılması barədə aidiyyatı üzrə verdiyi
tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin hər zaman ön planda
olmasından xəbər verir. Ölkə
rəhbərinin vətəndaşlara göstərdiyi qayğı və diqqət Qazaxda da
hər zaman nümunə götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin
qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması və əsası illər öncə qoyulan ənənənin bu gün də davam
etdirilməsi dediklərimizin əyani sübutudur.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə bir qrup Ağköynək kənd sakininin müraciətinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti
qayğıdır. Sakinlərin yaşadıqları əraziyə
su çəkilməsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələyə
həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılması,
həlli üçün mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması
istiqamətində aidiyyatı üzrə müvafiq
tapşırıqlarını verib. Sakinlərdən şəhid atası
Sarı Hüseynov, Sədaqət Eminova və başqaları çıxış edərək onlara göstərilən
diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə
Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıq
hissi ilə qarşılayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş