• Təqvim

  • Maraq



İcra başçısı Bağanıs Ayrım kənd sakinlərinin məskunlaşdığı Şəhidlər Xiyabanı 27 saylı binada olub və onların müraciətlərini dinləyib


Heç kəsə sirr deyil ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları bir daha onu sübut edir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır.  

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı ilə yanaşılır. Onları narahat edən məsələlər hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən olduğu kimi icra edilir.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara Aşağı Əskipara kənd sakinləri ilə mütəmadi olaraq görüşməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması dediklərimizin əyani sübutudur.  


Yanvarın 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Şəhidlər Xiyabanı 27 saylı binada yaşayan sakinlərlə görüşüb, onların binadaxili su xətti ilə bağlı müraciətlərini dinləyib.

Sakinlərin qaldırdığı məsələ ilə bağlı fikirlərini bölüşən icra başçısı bu məsələyə də həssaslıqla yanaşılacağını bildirib. Onların müraciətinə baxılması və müsbət həll olunması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

 

Binada məskunlaşan Bağanıs Ayrım kənd sakini Vahid Hacıyev onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün ailələri adından minnətdarlığını bildirib. Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət aldığını vurğulayıb. Bunun bariz nümunəsi olaraq yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasını göstərib. Binanın dam örtüyünün dəyişdirilməsini, blokların təmir olunmasını, blokların giriş hissəsinə dəmir qapıların qoyulmasını, təmirə ehtiyacı olan köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsini, bundan əlavə, binadaxili su və kanalizasiya xətlərinin çəkilməsini, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüklərinin dəyişdirilməsini və digər abadlıq işlərini bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd edib. Müraciətlərinə qayğı ilə yanaşıldığına görə razılıq edib. 

GOYEZEN.AZ



Facebook-da paylaş