• Təqvim

  • Maraq



İcra başçısı Ağköynək kəndində vətəndaşın müraciəti ilə yerində maraqlanıb


Bu gün ölkə Prezidenti "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” söyləyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır. Ən əsası da hər kəs bilməlidir ki,ölkəmizdə cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını hər zaman vətəndaş amili təşkil edir. Həyata keçirilən bütün layihələr, tədbirlər, görülən işlər ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları onu söyləməyə əsas verir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır.  

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.


Yanvarın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri ilə birlikdə dəstəyə ehtiyacı olan, 5 azyaşlı övlad atası Qazax rayon Ağköynək kənd sakini Murtuzov Abduləzim Qara oğlunun müraciətinə yerində baxış keçirməsi, onun qayğıları ilə yaxından maraqlanması dövlətin vətəndaşına olan növbəti qayğısıdır. 


Ağköynək kəndində vətəndaşın yaşadığı evin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri lazımi köməklik göstəriləcəyini bildirib. Dövlətin, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb.

Abduləzim Murtuzov və ailəsi göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.


















GOYEZEN.AZ



Facebook-da paylaş