• Təqvim

  • Maraq



İcra başçısı Ağköynək kəndində sakinlərin qayğıları ilə maraqlanıb


Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr, görülən işlər onu söyləməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Atılan hər bir addımın arxasında ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, onların etdikləri müraciətlərin müsbət həlli, ən əsası da vətəndaş məmnunluğu dayanır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də buna xidmət edir.

Bu gün tam əminliklə dəyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətdən, vətəndaşlara göstərilən diqqət və qayğıdan, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsindən, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olar. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına inanır.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində olub, sakinlərin qayğıları ilə maraqlanıb. Sakinləri diqqətlə dinləyən icra başçısı səslənən hər bir müraciətə həssaslıqla yanaşılacağını bildirib, qeyd edilən məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.  

Kənd sakinlərindən Nizami Mehdiyev, Saday Mürşüdov, Vilayət İsrafilov, Samir Mehdiyev və başqaları vətəndaşlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlara olan səmimi münasibətə görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər. Son günlər cəbhədə baş verən hadisələrdən danışan sakinlər ölkə Prezidentinin yanında olduqlarını, ətrafında sıx birləşdiklərini dilə gətiriblər. Ölkə başçısının rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbələri sevinc hissi ilə qarşıladıqlarını vurğulayıblar. Qarşıda daha böyük zəfərlərin gözlədiyini və üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərimizdə, eləcə də Qazaxın 7 kəndində sancılacağı günün uzaqda olmadığını bildiriblər.

 

GOYEZEN.AZ



Facebook-da paylaş