Dəmirçilər kənd sakinlərinin müraciətinə yerində baxılıb
Bu gün hər kəs yaxşı bilir ki, Azərbaycanda ölkə Prezidenti
cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin, həyata keçirilən
çoxsaylı layihələrin, tədbirlərin, atılan bütün addımların əsasında vətəndaş
amili, onların rahatlığı, məmnunluğu dayanır. Ölkə Prezidentinin icra
hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi
fikirlər onu deməyə əsas verir ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət
siyasətinin prioritet istiqamətlərindən olub və olacaq da... Ölkə başçısının dövlət
məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri,
sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri,
düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr
də dediklərimizi əyani şəkildə sübut edir.
Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də
ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı
şəkildə icra olunur.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Tovuz Subartezian
Quyuları İstismarı İdarəsinin baş mühəndisi Telman Orucov, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə Dəmirçilər kəndində
olması, vətəndaşların subartezian quyusunda suyun az olması barədə müraciətini
nəzərə alaraq yerində baxış keçirməsi vətəndaşlara göstərilən qayğının
bariz nümunəsidir.
Subartezian quyusunun mövcud vəziyyəti
ilə yerində tanış olan və sakinlərin müraciətlərini dinləyən icra
başçısı qeyd olunan məsələnin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə
müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri onların
istəyini nəzərə alıb müraciətlərinə həssaslıqla yanaşdığına, qeyd etdikləri
məsələnin həlli ilə bağlı verdiyi tapşırıqlara görə rayon rəhbərinə
minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş