İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb
Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə
vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini
təşkil edir. Bunu ölkə Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti
başçılarını və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən
zaman çıxışlarında vətəndaş amilini ön plana çəkməsi, eyni zamanda dövlət
məmurları haqqında söylədiyi fikirlər aydın şəkildə göstərir. Ölkə rəhbərinin
dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri
gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini
öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və
tövsiyələr də onu göstərir ki, həyata keçirilən bütün işlərdə əsas məqsəd vətəndaş
məmnunluğuna nail olmaqdır. Son illər Qazaxda da vətəndaş amili əsas götürülür,
xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı
şəkildə olduğu kimi icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin
əsası hesab etməsi də bunun bariz nümunəsidir. Məhz bu səbəbdən rayonda
vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük
inam üzərində qurulub. İllər öncə formalaşan bu münasibət, arada olan hörmət və
istək bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan
səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və
kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə
baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən
yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Canalı kənd sakini Xəlilova Tahirə Qədir
qızının müraciətinə yerində baxıb. Vətəndaşın torpaq məsələsi ilə bağlı yerində
baxış keçirən icra başçısı qeyd olunan məsələnin araşdırılmasını bildirib və
aidiyyəti üzrə tapşırıqlarını verib. T.Xəlilova onun istəyini nəzərə alıb qaldırdığı
məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə minnətdarlıq
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş