• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb


Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə vətəndaş amilini ön plana çəkməsi, icra hakimiyyəti başçılarını və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər sübut edir ki, bu amil hər zaman dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, həyata keçirilən bütün işlərin kökündə vətəndaş mövqeyi dayanır.

Son illər Qazaxda da ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi bunun bariz nümunəsidir. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək və Qarapapaq kəndlərindən olan bir qrup vətəndaşın müraciətinə yerində baxıb.

Vətəndaşların Ağköynək kəndində yerləşən Ağbulağa anbardan gələn su xəttində yaranmış problemin aradan qaldırılması ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı məsələnin həll olunması istiqamətində aidiyyatı üzrə tapşırıqlarını verib.

Rayon rəhbəri həmçinin mövcud olan sudan böyük qənaətlə istifadə edilməsini, əkin sahələrinin suvarılması üçün bütün imkanlardan maksimum dərəcədə istifadə olunmasını da bildirib. Bunun üçün əkin sahələrinin suvarılmasında işlərin qızğın çağının olmasını nəzərə alaraq su itkisinə yol verilməməsinin vacibliyini vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini qeyd edib.

Sakinlər onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.


GOYEZEN.AZ



Facebook-da paylaş