İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb
Cənab Prezident İlham Əliyevin icra hakimiyyəti
başçılarını və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən
zaman çıxışlarında vətəndaş amilini ön plana çəkməsi, eyni zamanda dövlət
məmurları haqqında söylədiyi fikirlər bir daha onu göstərir ki, bu amil hər
zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin
dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri
gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini
öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və
tövsiyələr vətəndaş məmnunluğuna xidmət edir. Son illər Qazaxda da vətəndaş amili əsas götürülür,
xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr
uğurla icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər
təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də
bunun bariz nümunəsidir. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti
dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bu,
illər öncə necə idisə, bu gün də o qaydada davam etdirilir. Bunu icra
başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət
və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə
operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq
istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhərin Səməd Vurğun küçəsində yaşayanbir qrup vətəndaşın müraciətinə yerində baxıb. Vətəndaşlar yaşadıqları küçədə hərəkət edən maşınların
sürət həddini qorumadıqlarını nəzərə alaraq bir neçə yerdə yol maneəsinin
qoyulması ilə bağlı müraciət ediblər. Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, rayon
Prokurorunun müavini Qasım Ağayev və Rayon Polis şöbəsinin Dövlət
Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə vətəndaşların müraciətinidiqqətlə dinləyən icra
başçısı məsələnin həll olunması istiqamətində aidiyyatı üzrə
tapşırıqlarını verib. Sakinlər onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına
və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb
qaldırdıqları məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə
təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş