Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb
İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb22-06-2020, 19:04 |
Cənab Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman çıxışlarında vətəndaş amilini ön plana çəkməsi, eyni zamanda dövlət məmurları haqqında söylədiyi fikirlər bir daha onu göstərir ki, bu amil hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr vətəndaş məmnunluğuna xidmət edir. Son illər Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də bunun bariz nümunəsidir. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bu, illər öncə necə idisə, bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Səməd Vurğun küçəsində yaşayanbir qrup vətəndaşın müraciətinə yerində baxıb. Vətəndaşlar yaşadıqları küçədə hərəkət edən maşınların sürət həddini qorumadıqlarını nəzərə alaraq bir neçə yerdə yol maneəsinin qoyulması ilə bağlı müraciət ediblər. Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, rayon Prokurorunun müavini Qasım Ağayev və Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə vətəndaşların müraciətinidiqqətlə dinləyən icra başçısı məsələnin həll olunması istiqamətində aidiyyatı üzrə tapşırıqlarını verib. Sakinlər onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ Geri qayıt |