• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb


Ölkə Prezidenti cənab İlham Əliyevin istər icra hakimiyyəti başçılarını, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman çıxışlarında hər dəfə vətəndaş amilini ön plana çəkməsi, eyni zamanda dövlət məmurları haqqında söylədiyi fikirlər aydın şəkildə göstərir ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunun bariz nümunəsidir. Ən əsası da bu istiqamətdə həyata keçirilən bütün işlərin arxasında vətəndaş məmnunluğu dayanır.

Son illər Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də bunun əyani sübutudur. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. İllər öncə formalaşan bu münasibət, arada olan hörmət və istək bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Azadlıq küçəsi 107 ünvanında yaşayan Nəsibov Mirqasım Şaiq oğlunun müraciətinə yerində baxıb. Vətəndaşın küçələrindən keçən çirkab su kanalı (arx) ilə bağlı yerində baxış keçirən icra başçısı qeyd olunan məsələnin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

M.Nəsibov onun istəyini nəzərə alıb müraciətinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə minnətdarlıq edib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş