İcra başçısı Daş Salahlı kəndində vətəndaşların müraciətinə yerində baxıb
Bu gün cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuru üçün örnəkdir. Bu, eyni zamanda, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğunun dayanması deməkdir.
Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.
Aprelin 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Daş Salahlı kəndində "Pasyolka” adlanan ərazidə yaşayan sakinlərin müraciətinə yerində baxması, istəklərini dinləməsi vətəndaşlara olan növbəti qayğıdır. Sakinlərin su ilə bağlı müraciətlərini diləyən rayon rəhbəri hər zaman olduğu kimi, qaldırılan bu məsələyə də həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını bildirib. Su təminatının yaxşılaşdırılması üçün çəkilməsi nəzərdə tutulan su xətti və görüləcək işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sakinlərdən Cəlal Osmanov, Qətibə Kazımova, Vahid Süleymanov müraciətlərinə operativ şəkildə baxılmasına, qaldırılan məsələnin həlli istiqamətində görüləcək işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş