• Təqvim

  • Maraq



Alpout kəndində səyyar görüşdə qaldırılan məsələ yerində müzakirə olunub

 

Ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, xüsusilə də cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurları üçün nümunədir. Bu, eyni zamanda vətəndaş məmnunluğunun təmin olunması deməkdir.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

 

Aprelin 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Alpout kəndində olub, ötən gün sakinlərlə olan səyyar görüşdə su ilə bağlı qaldırılan məsələni yerində müzakirə edib. Sakinlərin su ilə bağlı müraciətlərini diləyən rayon rəhbəri hər zaman olduğu kimi, qaldırılan bu məsələyə də həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını bildirib. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

GOYEZEN.AZ



Facebook-da paylaş