Millət vəkili Səməd Seyidov Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə tanış olub
Son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə
göstərdikləri qayğı sayəsində ölkəmizdə yeni inşa edilən və ya əsaslı təmir
olunan təhsil müəssisələrinin sayı ildən-ilə artır. Ölkəmizdə təhsil sahəsinin
inkişaf etdirilməsində Heydər Əliyev Fondun həyata keçirdiyi və bütün ölkədə
böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə
dəstək” proqramlarının da böyük rolu var. Məhz bu proqramlar çərçivəsində hər
il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb
binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin
respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da
yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə
olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin
istifadəsinə verilməsi, bu günlərdə açılışı olan Qazax rayon Şahnabad Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan
yüksək dövlət qayğısından xəbər verir. Ölkə başçısı tərəfindən
yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən
tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da
dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi
tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması
dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamıdır. Hazırda köhnə məktəb-lisey binasının yerində yeni
binanın inşasına start verilib.
Yanvarın 18-də Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov və köməkçisi
Akif Əmirov məktəb-lisey üçün yeni tikilən binanın layihəsi və inşası
ilə bağlı görülən işlərlə tanış olublar. İş icraçısı Sakit Rəsulov layihə barədə məlumat verərək yeni inşa olunacaq
məktəb binasının 4 korpusdan ibarət olacağını bildirib. Tədris korpusunun 4
mərtəbədən, 2 korpusun 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpusun isə 1
mərtəbədən ibarət olacağını qeyd edib. İş icraçısı işlərə noyabr ayının
əvvəlindən başlanıldığını və sürətlə davam etdirildiyini söyləyib. Onu da qeyd edək ki, məktəbin müəllim-şagird
kollektivi və valideynlər yeni binanın inşasına görə ölkə Prezidenti İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir,
razılıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş