İcra başçısı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün tikiləcək yeni binanın inşası ilə maraqlanıb
Bu gün əminliklə qeyd edə bilərik ki, son illər cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə
göstərdikləri qayğı respublikamızın hər yerində hiss olunur. Dövlət başçısının
"Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan
çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində
atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil
müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi demək olar ki,
bütün bölgələrimizi əhatə edir. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun
rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin
və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə
göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss
olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq
müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabad Nəsibova adına
Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan
yüksək diqqət və qayğıdır. Ölkə başçısı tərəfindən
yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi
haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin
Qazaxda təhsil sahəsinə olan qayğısının daha bir bariz nümunəsidir. Təhsil
Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın
inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı
deməkdir. Hazırda köhnə məktəb-lisey binasının yerində yeni
binanın inşası üçün işlərə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov məktəb-lisey üçün yeni tikiləcək binanın layihəsi və inşası
ilə bağlı görülmüş işlərlə tanış olub. İş icraçısı Sakit Rəsulov layihə barədə məlumat
verərək yeni inşa olunacaq məktəb binasının 4 korpusdan ibarət olacağını
bildirib. Tədris korpusunun 4 mərtəbədən, 2 korpusun 3 mərtəbədən, idman
zalının yerləşəcəyi korpusun isə 1 mərtəbədən ibarət olacağını qeyd edib. İş
icraçısı noyabr ayının əvvəlindən bünövrə hissənin qoyulması üçün qazıntı
işlərinin aparıldığını və hazırda yekunlaşmaq üzrə olduğunu söyləyib. Onu da qeyd edək ki, məktəbin müəllim-şagird
kollektivi və valideynlər yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını
bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş