Qazaxda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni bina inşa olunacaq
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil
səviyyəsi ilə birbaşa bağlıdır. Tam əminliklə deyə bilərik ki, bu sahəyə
qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Qürurverici haldır ki, Azərbaycan
dövləti bu baxımdan hazırda dünyanın lider ölkələrindən hesab edilir. Son illər
cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə
göstərdikləri qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin
prioritet istiqamətlərindəndir. Ən əsası da Ulu Öndər Heydər Əliyevin təhsil
siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata
keçirilən uğurlu layihələrlə davam etdirilir. Bunu dövlət başçısının
"Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan
çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində
atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil
müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi aydın şəkildə
göstərir. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun
rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin
və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə
göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə
hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq
müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam
orta məktəb üçün 220
şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan
yüksək diqqət və qayğıdır.
Ölkə başçısı tərəfindən
yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4
avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə
olan qayğısının daha bir bariz nümunəsidir. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey
üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən
təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir. Hazırda köhnə məktəb-lisey binasında söküntü işlərinə
başlanılıb. Məktəbin müəllim-şagird kollektivi və valideynlər yeni
binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər. Məlumat
üçün onu da qeyd edək ki, hazırda məktəbdə 910 nəfər şagird təhsil alır. Şagirdlərin
təlim-tərbiyəsi ilə 76 nəfər pedaqoji heyət məşğul olur. Cari tədris ilində 100 nəfər 1-ci sinifdə ilk addımlarını atır. 66
nəfər hazırlıq qrupunda təhsilə cəlb edilib. 67 nəfər şagird 9-cu sinifdə
təhsil alır. 58 nəfər şagird 11-ci sinifi bitirərək məzun adını alacaq. Bu gün
sözügedən məktəb tədrisini 2-ci növbə olmaqla, Qazax şəhər Səlim Əfəndiyev
adına 1 nömrəli, Səməd Vurğun adına 2 nömrəli və İsmət Qayıbov adına 3 nömrəli
tam orta məktəblərdə davam etdirir. 2020-2021-ci
tədris ilində 67 nəfər 9-cu sinifi bitirib ki, onlardan 2 nəfər fərqlənmə
attestatı alıb. 58 nəfər 11-ci sinifi bitirən məzundan 53 nəfər ali məktəblərə
qəbul imtahanlarında iştirak edib. Onlardan 49 nəfər məzun tələbə adını qazanıb.
Məktəbin iki nəfər məzunu - Həsənov
İlham Babək oğlu (674
bal) və Vəlizadə Güllüzar Elşən
qızı (643 bal) yüksək nəticə göstərib. Həmçinin, İlham Həsənov ölkə başçısının 29 sentyabr
2021-ci il tarixli Sərəncamı ilə Prezident təqaüdünə də layiq
görülüb.
GOYEZEN.AZ
Facebook-da paylaş