İcra başçısı Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə olub və görülən işlərlə maraqlanıb
Bu gün tam əminliklə deyə bilərik ki, son illər
Azərbaycan təhsili ölkə Prezidenti cənab İlham Əliyevin və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində özünün intibah dövrünü
yaşayır. Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun
qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə davam
etdirilir. Dövlət başçısının "Neft kapitalını insan kapitalına
çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər
təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanda təhsil
sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsi respublikamızın bütün
bölgələrində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüzlərlə
məktəb binalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır.
Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi
tapşırıqlar da bunun əyani sübutudur. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun
rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Bu gün təqdirəlayiq haldır haldır ki, ölkə Prezidenti
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da
yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə
olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev
Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb
binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin
istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov
adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın
inşa olunması, ölkə başçısı tərəfindən Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək
yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli
Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının
bariz nümunəsidir. Hazırda Dövlət Proqramında tikintisi nəzərdə
tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220
şagird yerlik yeni bina inşa olunur.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon
Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və icra aparatının məsul
şəxsləri ilə birlikdə Sarıvəlli kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb. Görülən işlər haqda məlumat verən iş icraçısı Elnur Verdiyev yeni tikilən məktəbdə işlərin sürətlə davam
etdirildiyini qeyd edib. O, 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni
inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür
şərait yaradılacağını bildirib. Qeyd edib ki, ötən ilin yanvar ayından
tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən
ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr
(hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su
anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və
oyun meydançasının inşa edildiyini də diqqətə çatdırıb. Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd
sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını
bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş