İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə son tamamlanma işləri ilə tanış olub
Son illər cənab Prezident İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən
qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet
istiqamətlərindəndir. Ən əsası da Ulu Öndərin təhsil siyasəti ölkə başçısının,
Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu
layihələrlə davam etdirilir. Bunu dövlət başçısının "Neft
kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı
layihələrdən, həyata keçirilən tədbirlərdən, təhsilin inkişafı istiqamətində
atılan uğurlu addımlardan aydın şəkildə görmək olur. Təqdirəlayiq hal isə odur ki, Azərbaycanda təhsil
sahəsinə olan yüksək dövlət qayğısı respublikamızın bütün bölgələrində
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, yüzlərlə məktəb
binalarının tikilməsində və yaxud da əsaslı şəkildə yenidən qurulmasında özünü
göstərir. Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar,
verdiyi tapşırıqlar da bunun bariz nümunəsidir. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun
rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin
respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da
yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə
olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev
Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər
Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən
qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və
təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında
imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil
sahəsinə olan yüksək diqqət və qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan
məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Hazırda
bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə
həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa
olunur. Demək olar ki, məktəbdə son tamamlanma işləri aparılır.
Bu
gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri,
Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev,
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı ilə birlikdə yeni
tikilən məktəbdə son tamamlanma işləri ilə tanış olub, mövcud vəziyyətlə
maraqlanıb. Görülmüş işlər barədə məlumat verən iş icraçısı
Elnur Verdiyev 1967-ci ildən əsası qoyulan
kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil
almaları üçün hər cür şərait yaradıldığını bildirib. Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayından
tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən
ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr
(hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su
anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun
meydançası inşa edilib. Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd
sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını
bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş