Qazaxda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün 700 şagird yerlik yeni bina inşa olunur
Son illər respublikamızda ölkə Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində
bu sahə ildən-ilə daha da inkişaf edir. Bu inkişafın təməlində isə dövlət başçısının
"Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan
çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində
atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil
müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi dayanır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da danılmaz xidmətləri vardır.
Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin
və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə
göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss
olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq
müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabad Nəsibova adına
Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan
yüksək dövlət qayğısıdır. Ölkə başçısı tərəfindən
yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi
haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin
Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən
məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət
tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamıdır. Hazırda köhnə məktəb-lisey binasının yerində yeni
binanın inşasına start verilib. Məlumat üçün qeyd edək ki, yeni inşa olunacaq məktəb
binası 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 2 korpus 3
mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarət olacaq.
Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait
yaradılacaq. Məktəbin müəllim-şagird kollektivi və valideynlər yeni
binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş