İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə açılış öncəsi aparılan hazırlıqla tanış olub
Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycan
dövləti təhsil sahəsinin inkişafı naminə həyata keçirilən işlərə görə bütün
dünyada lider ölkələrdəndir. Son illər cənab Prezident İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə
göstərilən qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər
Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə
davam etdirilir. Bu, dövlət başçısının "Neft kapitalını insan
kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələrdə, həyata
keçirilən tədbirlərdə, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlarda, yeni
yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı
ilə təchiz edilməsində öz əksini tapır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində
Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun
rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”
layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir,
təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin
və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə
göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə
hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq
müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və
təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında
imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin
inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və
qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan
məktəblərdən biri də Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Həmin
məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 220 şagird
yerlik yeni bina inşa olunub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Rayon Təhsil Şöbəsinin
müdiri Nizaməddin Babanlı ilə birlikdə yeni inşa olunan
məktəbdə açılış öncəsi aparılan hazırlıq işləri ilə tanış olub. Məlumat üçün qeyd edək ki, 1966-cı ildə əsası qoyulan və ötən ilin yanvar ayından
tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən
ibarətdir. Məktəbdə 1 direktor, 2 direktor müavini, 1 qəbul və 14 sinif otağı
var. 1 fizika, 1 kimya, 1 biologiya otağı, hərbi otağı, 130 nəfərlik akt zalı, 1
kitabxana, 1 oxu zalı, 1 yeməkxana, 1 texniki, 1 tibb otağı, idman zalı, 2
paltardəyişmə, 2 duş otağı müəllim və şagirdlərin ixtiyarına veriləcək. Hər
mərtəbədə sanitar qovşaq və paltar asılma otaqları mövcuddur. Məktəbin həyətində 1 futbol meydançası, qazanxana, həcmi
120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə
üçün su hovuzu, həcmi 25 kubmetr olan içməli su hovuzu, su nasosu stansiyası,
sanitar qovşaq şagirdlərin ixtiyarına veriləcək. Yeni inşa edilən məktəbdə müəllim
və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd
sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını
bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş