Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyünün vurulması davam edir – FOTOLAR
Respublika Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması
istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, respublika və yerli əhəmiyyətli yollar yenidən qurulur,
ən ucqar dağ kəndlərinə belə yeni yollar çəkilir. Yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da
uğurla icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə
yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir. Rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə
düşən Fərəhli avtomobil yolunun da əsaslı şəkildə təmir olunmasına böyük
ehtiyac vardı. Kənd sakinlərinin müraciəti əsasında Qazax Rayon İcra
Hakimiyyəti tərəfindən dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilən Fərəhli
yoluna bu gün yeni asfalt örtüyü vurulur. Ölkə Prezidentinin 10 sentyabr
2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli
kəndinə yeni asfalt yolun çəkilməsi bir daha onu göstərir ki, bu sahədə görülən
işlər bundan sonra da uğurla davam etdiriləcək. Ən əsası da Fərəhli kəndinə
yeni yolun çəkilməsi bir daha onu sübut edir ki, dövlətin və dövlət başçısının
sərhəddə yaşayan vətəndaşlara olan qayğısı bundan sonra da olduğu kimi davam
edəcək. Yeni çəkilmiş asfalt yolun yol yatağı 9-12
metr enində genişləndirilib. Hazırda yeni asfalt örtüyünün vurulması uğurla
davam edir. Sakinlər kənd yolunun əsaslı təmir olunması xəbərini
bu gün də razılıq hissi ilə qarşılayırlar. Ölkə başçısına kəndə yeni asfalt
yolun çəkilməsi ilə bağlı imzaladığı sərəncama görə bir daha təşəkkürlərini
çatdırırlar. Kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları
məsələnin müsbət həllini tapmasında, aidiyyəti orqanlar qarşısında məsələ
qaldırılmasında əziyyəti keçən Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət
vəkili Səməd Seyidova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Bu
gün düşmənlə üz-üzə dayanan fərəhlilərin hər zaman ölkə Prezidentinin ətrafında
sıx birləşdiklərini və dəstəklədiklərini dilə gətirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş