• Təqvim

  • Unutma

  • Maraq



Fərəhli kənd sakinləri ölkə Prezidentinə minnətdarlıq edirlər - VİDEO


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən görülmüş işlər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, CəfərliDaş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

Ölkə başçısının 10 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Qazaxda daha bir kəndə yeni asfalt yol çəkiləcək. Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat vəsaitin ayrılması düşmənlə sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısının əyani göstəricisidir.

Fərəhli avtomobil yolunun əsaslı təmir olunması xəbərini kənd sakinləri də könül xoşluğu ilə qarşıladıqlarını bildirirlər. Bu barədə GOYEZEN.AZ internet portalına fikirlərini bölüşən kənd sakinləri şəhid anası Sima Hacıyeva və ağsaqqal Alı Həsənov bu sevinc hissini onlara bəxş edən ölkə başçısına minnətdarlıq edirlər.

Minnətdarlıq və razılıq dolu həmin videonu təqdim edirik.




Facebook-da paylaş