İcra başçısı yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də Əliağa Şıxlinski küçəsində olub və aidiyyəti üzrə tapşırıqlarını verib
Heydər Əliyev prospekti Xəbər verdiyimiz kimi cənab Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində Qazax şəhərinin içməli su və kanalizasiya
sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata
keçirilən işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə
su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı
küçələrdə abadlıq-quruculuq işləri də aparılır. Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov küçələri də yeni
asfalt vurulan və abadlıq işləri aparılan küçələrdir. Küçələrlə bərabər çoxmənzilli
yaşayış binalarının həyətlərində də abadlıq işləri görülür. Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92, 208, 208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş
işlər bunun bariz nümunəsidir. Artıq həmin binaların həyəti "Abad
məhəllə” kimi sakinlərə təqdim olunub. Küçələrin
asfaltlanması və çoxmənzilli yaşayış binalarının həyətində görülən işlər bu gün
də davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin
rəisi Ədalət Əliyev, "Akkord Sənaye
Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gəncə-Qazax-Gürcüstan Respublikası
dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinin rəhbəri Mehrab İsgəndərov,
"Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov, Qazax şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin
köməkçisi Azər Salmanov, "28 nömrəli Yol
İstismarı" MMC-nin direktoru Kərəm Məmmədrzayev və digər aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də Əliağa Şıxlinski küçəsində olub,
görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Rayon rəhbəri prospektdə su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan hissədə, eləcə də Əliağa
Şıxlinski küçəsində yaxın günlərdə yeni asfaltın vurulmasına başlanılmasını
bildirib və görülən
bütün işlərin keyfiyyətlə aparılmasını qeyd edib. Məlumat üçün
bildirək ki, hazırda şəhərin Heydər Əliyev
prospektində, Azadlıq, M.P.Vaqif küçələrində
səkilərə yeni tamet də döşənir. Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda aparılan
quruculuq işləri rayon sakinləri
tərəfindən də razılıq hissi ilə qarşılanır və bu işlərə görə ölkə başçısı
İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Heydər Əliyev prospekti
Əliağa Şıxlinski küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş