Qazaxda daha bir küçədə asfalt vurulmasına başlanılıb
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham
Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya
sistemi yenidən qurulur. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi
ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri də aparılır. Molla
Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə küçələrinə yeni
asfaltın vurulması, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin
aparılması və "Abad məhəllə” kimi sakinlərə təqdim
olunması bu istiqamətdə görülən işlərdəndir. Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi
yekunlaşan daha bir küçəyə – Əhməd Seyidov küçəsinə
asfalt vurulmasına başlanılıb. Məlumat üçün onu
da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi
sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt
vurulacaq. Bundan əlavə, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.Tağıyev, M.P.Vaqif küçələrində
səkilərə yeni tamet döşənir, beton vurulur. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş miqyas alması sakinlər tərəfindən də razılıqla
qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər.
Yeni asfalt vurulan Əhməd Seyidov küçəsi
Azadlıq küçəsində həyətinə beton tökülən 208A saylı bina Yeni tamet vurulan Heydər Əliyev prospekti GOYEZEN.AZ
Facebook-da paylaş