İcra başçısı su-kanalizasiya sistemi çəkilən küçədə və çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab
İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya
sistemi yenidən qurulur. Diqqət çəkən məqamlardan biri isə odur ki, şəhərdə nəinki
su-kanalizasiya xətlərinin çəkilişi aparılır, hətta, işin başa çatdırıldığı
küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri
görülür, yeni asfalt örtüyü vurulur. Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev küçələrinə yeni asfaltın çəkilməsi bu sahədə
görülən işlərin əyani göstəricisidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə Dilbazi, Əliağa Şıxlinski küçələrində
yeni bardürlərin düzülməsi və aparılan digər
abadlıq işləri rayonda olan quruculuğun bundan sonra da uğurla davam
etdirilməsindən xəbər verir. Şəhərdə Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər və
həmin ərazinin "Abad məhəllə” adı altında bina sakinlərinin
ixtiyarına verilməsi artıq hər kəsə yaxşı məlumdur. Şəhərdə belə "Abad məhəllə” lərin sayı isə gündən-günə artır. Hazırda
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev
prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63,
dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən
beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli
yaşayış binalarının həyətində aparılan abadlıq işləri də bunun bariz
nümunəsidir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov 92,12,14 saylı binaların
həyətində və yeni bardür düzülən Əliağa Şıxlinski küçəsində
görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış
olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək
aidiyyəti üzrə tapşırıqlarını verib. Əliağa Şıxlinski küçəsi
Azadlıq küçəsi 92 saylı binanın qarşısı
Ş.Xiyabanı küçəsi 12 saylı binanın qarşısı
Azadlıq küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş