Qazaxda bütün küçələr abadlaşacaq
Əminə Dilbazi küçəsi
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazax rayonu inkişaf edərək respublikamızın müasir və abad rayonlarından birinə çevrilir. Son illər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir.
Dövlət başçısının birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də tamamilə yenidən qurulur. Şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına da başlanılıb. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsi ilə yanaşı, şəhərin Hacı Zeynalabdin Tağıyev, Əminə Dilbazi, Murtuz Carçıyev və Molla Vəli Vidadi küçələrində də olub. Rayon rəhbəri adları çəkilən küçələrdə abadlıq işlərinin aparılmasını, səkilərdə bardürlərin yenilənməsini və səliqəyə salınmasını bildirib. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib.
Hacı Zeynalabdin Tağıyev küçəsi
Səməd Vurğun küçəsi
Murtuz Carçıyev küçəsi
Əminə Dilbazi küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş