Qazaxın Səməd Vurğun küçəsində asfalt örtüyünün vurulması işi sürətlə davam edir
Son illər ölkəmizdə
regionların
sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası paytaxt Bakı ilə yanaşı,
respublikamızın bütün bölgələrinin gündən-günə inkişaf etməsinə gətirib
çıxarıb. Ölkə başçısının qayğısı, dəstəyi sayəsində inkişaf edən rayonlarımızdan biri də məhz Qazax
rayonudur. Dövlət başçısının və rayon rəhbərliyinin diqqəti, qayğısı sayəsində
son illər rayonda yeni asfalt yolların çəkilişi, əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının təmiri, rayonda çoxsaylı
məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, təmirə ehtiyacı
olan məktəblərin əsaslı şəkildə yenidən qurulması Qazaxda son illər geniş vüsət
alan abadlıq və quruculuq işləridir. Xəbər
verdiyimiz kimi, artıq 1 ildən çoxdur ki, ölkə Prezidenti İlham Əliyevin qayğısı
nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin
içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata
keçirilməkdədir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə paralel olaraq aparılan
su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə
abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına start verilib. Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi bu
dediklərimizin əyani sübutudur. Həyata
keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində
Qazaxda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyün döşənməsi
davam edən S.Vurğun küçəsində olub,
görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi
döngə 6 ünvanında istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və
digər abadlıq işləri sürətlə davam etdirilir. Bundan əlavə, elektrik, rabitə və
qaz xətləri səliqəyə salınıb, dayaqlar və ağaclar rənglənib. Görülən işlərlə tanış olan
icra başçısı hər bir işin
keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş