Əsas Səhifə > Manşet / Sosial > Qazaxın Səməd Vurğun küçəsində asfalt örtüyünün vurulması işi sürətlə davam edir

Qazaxın Səməd Vurğun küçəsində asfalt örtüyünün vurulması işi sürətlə davam edir


12-05-2020, 22:02


Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrinin gündən-günə inkişaf etməsinə gətirib çıxarıb. Ölkə başçısının qayğısı, dəstəyi sayəsində inkişaf edən rayonlarımızdan biri də məhz Qazax rayonudur. Dövlət başçısının və rayon rəhbərliyinin diqqəti, qayğısı sayəsində son illər rayonda yeni asfalt yolların çəkilişi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının təmiri, rayonda çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması Qazaxda son illər geniş vüsət alan abadlıq və quruculuq işləridir.

Xəbər verdiyimiz kimi, artıq 1 ildən çoxdur ki, ölkə Prezidenti İlham Əliyevin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına start verilib. Molla Pənah Vaqif Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi bu dediklərimizin əyani sübutudur. Həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Qazaxda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyün döşənməsi davam edən S.Vurğun küçəsində olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi döngə 6 ünvanında istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və digər abadlıq işləri sürətlə davam etdirilir. Bundan əlavə, elektrik, rabitə və qaz xətləri səliqəyə salınıb, dayaqlar və ağaclar rənglənib.

Görülən işlərlə tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.








GOYEZEN.AZ


Geri qayıt