Əsas Səhifə > Manşet / Sosial > Qazaxda daha bir küçədə asfalt vurulmasına başlanılıb

Qazaxda daha bir küçədə asfalt vurulmasına başlanılıb


25-08-2020, 22:09


Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri də aparılır. Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə küçələrinə yeni asfaltın vurulması, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparılması və "Abad məhəllə” kimi sakinlərə təqdim olunması bu istiqamətdə görülən işlərdəndir.

Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan daha bir küçəyə – Əhməd Seyidov küçəsinə asfalt vurulmasına başlanılıb.

Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq.

Bundan əlavə, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.TağıyevM.P.Vaqif küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş miqyas alması sakinlər tərəfindən də razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər.

 Yeni asfalt vurulan Əhməd Seyidov küçəsi














 Azadlıq küçəsində həyətinə beton tökülən 208A saylı bina 




Yeni tamet vurulan Heydər Əliyev prospekti




GOYEZEN.AZ


Geri qayıt