Qazaxda Məmməd Əmin Rəsulzadə küçəsinə yeni asfalt vurulur
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da geniş miqyas alıb. Ölkə başçısının birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Sevindirici haldır ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Yeni asfalt vurulan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim olunması bu dediklərimizin bariz nümunəsidir.
Ötən yazımızda da xəbər verdiyimiz kimi, şəhərdə daha bir küçəyə - Məmməd Əmin Rəsulzadə küçəsinə yeni asfalt vurulur ki, artıq işlər yekunlaşmaq üzrədir.
Məlumat üçün qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Bundan əlavə, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.Tağıyev, M.P.Vaqif küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.
Rayonda görülən işlər sakinlər tərəfindən də razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Məmməd Əmin Rəsulzadə küçəsi
Yeni tamet vurulan Azadlıq küçəsi
Yeni tamet vurulan Molla Pənah Vaqif küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş