• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda su-kanalizasiya sisteminin çəkilişi başa çatan daha bir küçədə asfaltlama işlərinə başlanılıb


Son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Qazaxda da genişmiqyaslı abadlıq-quruculuq işləri  aparılır. Hazırda ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində rayonda böyük layihələrdən olan şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eləcə də işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Küçələr asfaltlanır, səkilərə bardürlər düzülür, tamet döşənir, çoxmərtəbəli yaşayış binalarının həyəti "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilir. Yeni asfalt döşənmiş Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq işləri və sakinlərə təqdim olunan "Abad məhəllə”lər bu dediklərimizin bariz nümunəsidir.

Bu gün isə rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatan daha bir küçədə asfaltlama işlərinə başlanılıb. Sayca doqquzuncu küçə olan Məmməd Əmin Rəsulzadə küçəsi də yeni asfalt vurulub.

Məlumat üçün onu da qeyd edək ki, Əliağa Şıxlinski küçəsində də su-kanalizasiya sisteminin çəkilişi ilə yanaşı, abadlıq işləri aparılır. Həmçinin, Heydər Əliyev prospektində, AzadlıqZeynalabdin Tağıyev küçələrində səkilərə yeni tamet döşənir. 

Məmməd Əmin Rəsulzadə küçəsi
























GOYEZEN.AZ



Facebook-da paylaş